İqtisadiyyat nazirinin müavini: Dünyada 200 milyondan artıq insan işsizdir

İqtisadiyyat nazirinin müavini: Dünyada 200 milyondan artıq insan işsizdir

"Bu gün dünyada gündəlik gəliri 1,25 dollardan aşağı olan insanların sayı təxminən 800 milyondur ".

REAL APA-ya istinadla xəbər verir ki, bunu "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ombudsmanların rolu" mövzusunda Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxış edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O bildirib ki, dünyada bərabərsizlik hökm sürür və problemlər hələ də qalmaqdadır: "Hələ də, dünyada 200 milyondan artıq insan işsizdir. 100 milyona yaxın gənc ilkin oxumaq bacarığına malik deyil. Bu gün dünyada bütün işləyənlərin sayı 40 faizdən çox deyil. Hazırda gənclər arasında işsizlik səviyyəsi üstünlük təşkil edir".

S.Həsənova deyib ki, 600 milyondan çox insanın bilavasitə mərkəzləşdirilmiş şəkildə içməli suya əlçatanlığı təmin olunmayıb: "Bu problemlərin həlli üçün Azərbaycan 191 ölkə ilə birlikdə BMT-nin yeni gündəliyinə qoşulub. Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün Azərbaycan yoxsulluğun azaldılmasına nail olan 18 ölkə sırasına daxil olub. Bu nailiyyətə görə Azərbaycan bir neçə mükafata layiq görülüb".

S. Həsənova bildirib ki, Azərbaycan yoxsulluğun iki dəfə azaldılmasına müvəffəq olub

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə