Məşəl Belarusa gətirilib

Məşəl Belarusa gətirilib
Məşəli daşıyanlar arasında Azərbaycanlı idmançı da olub

"Minsk 2019" 2-ci Avropa Oyunlarının məşəli Belarus paytaxtına gətirilib.

Məşəl İtaliyanın paytaxtı Romada yandırıldıqdan sonra 46 gün yol qət edib. Estafeti şəhərdə bədii gimnastika üzrə olimpiya mükafatçısı Lyubov Çerkaşina qəbul edib.

O isə multi-idman forumunun simvolunu Belarusun xalq artisti Vladimir Qostyuxinə ötürüb.

Daha sonra Dövlət Bayrağı Meydanınadək məşəli ölkənin idman, mədəniyyət, media, səhiyyə və istehsalat sferalarının məşhur nümayəndələri aparıb.

Onlar arasında yunan-Roma güləşi üzrə əslən azərbaycanlı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidov da olub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə