İstanbul seçim qarşısında - VİDEO

İstanbul seçim qarşısında - VİDEO
Təkrar bələdiyyə seçkisinə 1 həftə qaldı

Türkiyə, xüsusən İstanbul şəhərinin sakinləri seçim qarşısındadır.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrini seçmək üçün cəmi bir həftə vaxt qaldı. İstanbul bələdiyyəsinə rəhbərlik uğrunda müxalif Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu ilə Hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım mübarizə aparır. Martın 31-də keçirilən seçkilərdə hər iki namizədin çox az fərqilə səs topladıqlarını, eləcə də İstanbulun ölkə üçün böyük əhəmiyyət daşıyan şəhərlərdən biri olmasını nəzərə alaraq, Türkiyə ictimaiyyəti qarşıdakı təkrar bələdiyyə seçkisinin nəticəsini səbirsizliklə gözləyir. Türkiyəli siyasi şərhçi, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay asan seçki ilə bağlı son müzakirələrdən danışır:

"Türkiyədə 23 iyunda keçiriləcək bələdiyyə seçkisi bütün dünyanın diqqətindədir. Bu baxımdan çox ciddi bir seçki prosesi müşahidə edəcəyik. Aparılan araşdırmalar və ötəngünki televiziya proqramından sonra Əkrəmin daha şanslı olduğu iddia edilməkdədir. O, daha gənc və daha dinamik olduğunu göstərdi. Xüsusilə qadınlar, uşaqlar və gənclərlə bağlı etdiyi çıxışlardan demək olar ki, bu təbəqədən olan seçicilərin daha çox səsini qazana bilər. Hal-hazırda Binəli Yıldırım səs baxımından nə qədər geridə qalmış kimi görünsə də, son bir həftə ərzində edəcəyi həmlələrlə səs toplaya bilər. Qarşımızdakı bu son bir həftədə liderlərin və bələdiyyə rəhbərlərinin performansları da çox önəmlidir. Bizim gördüyümüz qədər indi Əkrəm 4 xal irəlidədir, amma bu həftə ərzində Cümhur İttifaqının liderləri Dövlət Bahçeli və Rəcəb Tayyib Ərdoğanın ortaya qoyacağı performans nəticəyə təsir edəcək".

Qeyd edək ki, Türkiyə Mərkəzi Seçki Komissiyası martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul etmişdi. Qurumun mayın 6-da keçirilən fövqəladə iclasında hakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbul edilərək təkrar bələdiyyə seçkilərinin iyunun 23-də keçirilməsi qərara alınmışdı.

Xatırladaq ki, martın 31-də keçirilən seçkilərdə Binəli Yıldırım 4 milyon 156 min 36 səs, Əkrəm İmamoğlu isə 4 milyon 169 min 765 səs toplayıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

16 Noyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə