Yol qəzaları artıb - VİDEO

Yol qəzaları artıb - VİDEO
Son 40 gündə 93 nəfər ölüb

Son günlər yol qəqliyyat hadisələrinin sayı narahat doğuran səiyyədə artıb.

Beləki, təxminən son 40 gündə yol qəzalarında 93 nəfər ölüb.

Bunu  nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bu rəqəm təxminən günə 2 nəfərdən artıq insan deməkdir. Elməddin Muradlı deyir ki, hadisələrin sürətlə artmasına görə həyəcan təbili çalınmalıdır. Ekspert deyir ki, yol qəzalarının əsas səbəbi yol hərəkəti qaydalarının pozunlması nəticəsində baş verir.

Elməddin Muradlı deyir ki, yol nəqliyyat hadisələrinin baş verməsinin digər səbəbi isə yolların işiqlandırılmamasıdır. 

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev yol nəqliyyat hasdisəsinin qarşısını alınması üçün polis əməkdaşlarını profilaktik tədbirlər keçirdiyini deyib.

İdarə rəisi xüsusilə mövsümlə əlaqədar olaraq, sürücülərə də xəbərdarlıq edib. İdarə rəsmisi sürücüləri, xüsusilə piyadaları yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə