“Məhəbbət Əfsanəsi”nin müəllifinin ölümündən 40 gün ötür - VİDEO

“Məhəbbət Əfsanəsi”nin müəllifinin ölümündən 40 gün ötür - VİDEO
Arif Məlikov anıldı

Azərbaycanı bütün dünyada tanıdan “Məhəbbət Əfsanəsi” baletinin müəllifi, özü də əfsanəyə çevrilmiş dahi bəstəkar Arif Məlikovun ölümündən 40 gün ötür. Onun yaxınları, həmkarları, ailə üzvləri bəstəkarı məzarı başında anıb.

Arif Məlikovun yaradıcılığı özünəməxsuluğu ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək gözəl sənət nümunələri yaradıb. 

Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikovu və həm də Azərbaycanı bütün dünyada tanıdıb. 

Dahi bəstəkarın əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir və digər ölkələrdə ifa olunub.

Böyük sənətkar həm də mükəmməl ailə başçısı, qayğıkeş baba kimi də yaddaşlarda qalıb

Xalq artisti Arif Məlikov həm də pedoqoq olub. O, son gününə qədər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışıb.

Bəstəkarın yüzlərlə tələbəsi də bu gün öz müəlimlərini ziyarətə gəlmişdi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə