Dəyirmi masa: biznes üçün peşəkar təhsil və peşə təlimi

Dəyirmi masa: biznes üçün peşəkar təhsil və peşə təlimi

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında “Biznes üçün peşəkar təhsil və peşə təlimi” mövzusunda dəyirmi masa keçirilib.

REAL Azərtac-a istinadla xəbər verir ki, dəyirmi masada agentliyin direktoru Pərviz Yusifov ölkədə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, beynəlxalq təşkilatlar və özəl sektorla səmərəli əməkdaşlıq əlaqələri, bu sahədə həyata keçirilən layihələr və nəticələrindən bəhs edib. O, peşə təhsilinin ictimai statusunun artırılması, ixtisaslı kadrların əmək bazarının tələblərinə uyğun yetişdirilməsi işində özəl sektorla əməkdaşlığın əhəmiyyətini vurğulayaraq əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov təqdimatla çıxış edərək Koreya Respublikası ilə həyata keçirilən və müasir standartlar əsasında yaradılan yeni Peşə Təhsili Mərkəzi haqqında ətraflı məlumat verib, işəgötürənlərlə səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edib.

Tədbirin sonunda peşə təhsili sahəsində birgə əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında palatanın nümayəndələri ilə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə