Türkiyədə 3 nəfər seldə boğulub

Türkiyədə 3 nəfər seldə boğulub

Türkiyənin müxtəlif bölgələrində leysan yağışlar nəticəsində 3 nəfər ölüb.

REAL-ın APA-ya istinadən məlumatına görə, Qırıqqala vilayətinin Sulaqyurd rayonunun Ayvatlı kəndində ər və arvad - 55 yaşlı Məhmət Öztürk və 50 yaşlı Fatma Öztürk leysan yağışların səbəb olduğu sel sularında boğulub.

Qocaelində Nənəxatun məhəlləsində sel suları bir marketin anbarına dolub, 36 yaşlı Elif Ural həyatını itirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyədə iyun ayları adətən, daha çox küləkli keçib, leysan yağışlar müşahidə olunmayıb. Ancaq bu il iyun ayında ölkənin müxtəlif bölgələrində leysan yağışlar yağır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə