Göyçayda qəbiristanlıq və taxıl sahələrində yanğın başlayıb, YENİLƏNİB

Göyçayda qəbiristanlıq və taxıl sahələrində yanğın başlayıb, YENİLƏNİB

Göyçay rayonunda Yeniarx kənd qəbiristanlığında və yaxınlıqdakı taxıl sahələrinə yanğın məhdudlaşdırılıb.

REAL-ın APA-ya istinadən məlumatına görə, hadisə zamanı qəbiristanlıqda 2 hektar ərazidə ot, ağac, kol yanıb, o cümlədən yaxınlıqdakı 10 hektar taxıl sahəsi yanıb.

Hazırda yanğın ocaqlarının tam söndürülməsi istiqamətində işlər davam edir.

 

*****

15:16

Göyçay rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.

REAL-ın APA-ya istinadən xəbərinə görə, bu gün saat 14.00- radələrində rayonun Yeniarx kənd qəbiristanlığında başlayan yanğın qısa vaxtda geniş əraziyə yayılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, eləcə Ucar və Ağdaş rayonlarının yanğınsöndürən briqadaları cəlb olunub.

Hava küləkli olduğu üçün alov qısa vaxtda qəbiristanlıqdan yaxınlıqdakı taxıl sahələrinə keçib. Hadisə zamanı həyətyanı sahələrin çəpərləri, meyvə ağacları, quru ot, və taxıl sahələri yanıb.

Hazırda yanğın davam edir. Yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar.

Qeyd edək ki, yanğının kim tərəfindən törədildiyi hələ məlum deyil. Yanğının qəsdən törədildiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə