Azərbaycan yığması inkişafda olan ölkələrin çempionatında 10-cu olub

Azərbaycan yığması inkişafda olan ölkələrin çempionatında 10-cu olub

Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası inkişafda olan ölkələrin III çempionatında çıxışını başa vurub.
 
REAL-ın APA-ya istinadən məlumatına görə, yığmamız Tbilisidə keçirilən yarışı 10-cu pillədə bitirib. 

Belə ki, qrup mərhələsində 5-ci olduqdan sonra 9-12-ci yerlər uğrunda oynayan komandamız öncə Malta ilə üz-üzə gəlib. Qarşılaşma 37:22 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. 

Həndbolçularımız 9-cu yer uğrunda oyunda isə qrup mərhələsində qalib gəldiyi Hindistanla mübarizə aparıb. Görüş bu dəfə rəqibin qələbəsi ilə yekunlaşıb. Hindistanlılar millimizi 46:28 hesabı ilə məğlub ediblər. 

Nəticədə yığmamız 12 komandanın iştirak etdiyi inkişafda olan ölkələrin III çempionatını 10-cu yerdə başa vurub. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə