Polis akademiyasında - 15 iyun - VİDEO

Polis akademiyasında - 15 iyun - VİDEO
Qurtuluş günü münasibətilə tədbir keçirilib

DİN-in Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. 

Əvvəlcə tədbir iştirakçıları akademiyanın həyətində Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər. 

Tədbirdə çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, ölkəmizin son 50 illik tarixi onun adı və fəaliyyəti ilə bağlıdır.

Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində gördüyü işlərdən bəhs edən akademiyanın rəisi dahi rəhbərin bütün həyatını xalqının xilasına, tərəqqisinə və xoşbəxtliyinə həsr etdiyini bildirib.

DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, əmin-amanlığın bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, hüquqi, siyasi və iqtisadi islahatlara başlanıldığını, ictimai-siyasi stabitlliyin bərqərar olduğunu xüsusi vurğulayıb.

Daha sonra çıxış edənlər Heydər Əliyevin siyasətini uğurla həyata keçirən, onun layiqli davamçısı olan Prezident İlham Əliyevin respublikamızın davamlı inkişafı üçün həyata keçirdiyi böyük quruculuq işlərindən söz açıblar.

Tədbirdə Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə