Sülh, təhlükəsizlik və sabitlik - VİDEO

Sülh, təhlükəsizlik və sabitlik - VİDEO
Düşənbədə regional əməkdaşlıq məsələləri müzakirə olunub

Tacikistanın paytaxtı Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı baş tutub.

Toplantıda Azərbaycan Respublikasını Baş Nazir Novruz Məmmədov təmsil edir.

Tacikistan prezidenti Emoməli Rəhmon zirvə toplantısında terrorizm, ekstremizm kimi bəlaların regionda təhlükəsizliyə əsas təhdid olduğunu bildirib və bu təhdidlərə qarşı region ölkələri arasında əməkdaşlığın gücləndirilməsini zəruri adlandırıb.

Rusiya prezidenti Vladimir Putin və onun iranlı həmkarı Həsən Ruhani də çıxışı zamanı regional stabillik və təhlükəsizlik məsələlərinin əhəmiyyətinə diqqət çəkiblər.

Rusiya bütün iştirakçı ölkələrlə əlaqələrini inkişaf etdirməyi, Asiyada sülh və stabilliyin möhkəmləndirilməsi üçün nəzərdə tutulan hədəflərə nail olmağı qarşısına məqsəd qoyub. Asiyada bərabərhüquqlu təhlükəsizlik sisteminin təsis edilməsi istiqamətində birgə cəhdlərimizi artırmağın tərəfdarıyıq.

Dünyada hazırkı şərtlər altında bir ölkənin eyni zamanda bütün çətinliklərə qarşı mübarizə aparması və təkbaşına bütün mənfəətləri əldə etməsi mümkün deyil. Sülh, sabitlik və millətlərimizin inkişafına nail olmaq üçün əməkdaşlıq etmək lazımdır.

Qeyd edək ki, liderlər arasında sammitdən kənar təkbətək görüşlər də olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə ayaqüstü söhbət edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə