Tələbələr arasında intellekt olimpiadasının qalibi məlum olub

Tələbələr arasında intellekt olimpiadasının qalibi məlum olub

LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "Tələbələr arasında intellekt olimpiadasi" layihəsinin mükaftalandırma mərasimi keçirilib. 

REAL APA-ya istinadla xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş olimpiada Nizami Kino Mərkəzində təşkil olunub. 

Mərasim Azərbaycan bayrağını özündə ehtiva edən rəqqasların rəqsi ilə başlayıb. Rəqs bitdikdən sonra himn səsləndirilib. 

Tədbirdə açılış sözü ilə çıxış edən Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevə layihəyə uğurlar arzulayıb. O, Ulu Öndərin gənclərə verdiyi diqqətdən bəhs edib. Cənab prezident İlham Əliyevin gənclər siyasətindən söhbət açıb. 

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov intellektual gənclərin ölkəmizdə böyük bir orduya sahib olduğunu vurğulayıb: “Cənab prezidentin bildirdiyi kimi işlərimizi, planlarımızı insan kapitalı üzərində qurmalıyıq”. 

Azərbaycan Gənclər Təşkilatı İttifaqının sədri Faiq Məmmədov bu gün gənclərin sağlam gələcək uğrunda birləşməsini, bu cür intellektual oyunlarda bir araya gəlməsini böyük hadisə adlandırıb. 

Layihənin icraçı direktoru Xəyal İbrahimzadə isə öz çıxışında layihənin dəstəkçilərinə təşəkkürlərini bildirib: “Ümumilikdə layihədə 23 universitetdən 10254 nəfər iştirak edib, bunlardan 450 nəfər finala vəsiqə qazanıb”. 

Daha sonra mükafatlandırma mərasimi başlayıb. 300 nəfərə endirim kuponları, sertifikatlar və kitablar hədiyyə olunub. İlk 100 yerin qalibləri isə aşağıdakı hədiyyələri qazanıblar. 

“Baku Elektorniks”dən 20 nəfərə pover banklar, “İrşad Telekom”dan 20 nəfərə “Honor” bandlar, İSMA BİKE-dan 2 ədəd velosiped, Nizami Kino Mərkəzindən 30 nəfərə kinoya bilet, “Boranı” restoranlar şəbəkəsindən 20 nəfərə şam yeməyi, AAAF SPA-dan 20 nəfərə endirim kuponları, BİZON enerjidən hər kəsə pulsuz enerji içkiləri verilib. “Şərq-Qərb” nəşriyyat evindən 150 ədəd, “Qanun” nəşriyyatından 70 və “Parlaq İmzalar” nəşriyyatından 20 ədəd kitab hədiyyə olunub. 

Bildirək ki, final turunda iştirak edən hər kəs LEAD Education tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 30-100% endirim qazanıblar. 

Birinci yeri Xəzər Universitetin I kurs tələbəsi Tamerlan Abdullayev tutub. Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev qalibin mükafatlarını təqdim edib. Qalib “Baku Elektroniks”dən notbuk, “İrşad Telekom”dan “Honor” 10 lite smartfonu, “Şərq-Qərb” Nəşriyyat evindən kitablar, Nizami Kino Mərkəzindən kinoya bilet, LEAD Educationdan Platinium kuponunu qazanıb. Ağdaş rayonundan olan qalibə Rayon İcra Hakimiyyəti tərəfindən  xüsusi hədiyyə də təqdim olunub.

İkinci yeri isə Cəbrayıl rayon sakini ADA universitetin I kurs tələbəsi Elvin Quluzadə tutub. Ona mükafatları YAP Gənclər Birliyinin sədri Seymur Orucov və İSMA Bike rəsmi nümayəndəsi təqdim edib. Qalibə İSMA Bikedan İSMA Sport velosipedi, “Baku Elektroniks”dən planşet, LEAD Educationdan Platinium kuponu, “Qanun” nəşriyyatından kitablar hədiyyə olunub.

Üçüncü yeri isə BANM-nin tələbəsi Əsədullah Camalov tutub. Qalib Əsədullahı ATGTİ- nin sədri Faiq Məmmədov mükafatlandırıb. Üçüncü yerin sahibinə İSMA Bikedan İSMA Strong velosiped, LEAD Educationdan Platinium kuponunu, “Parlaq İmzalar” nəşriyyatından kitablar verilib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə