”NewSpace” Biznes Akselerator - VİDEO

”NewSpace” Biznes Akselerator - VİDEO
Proqramın final mərhələsində 40 müraciətdən 3 startap mükafatlandırılıb

“Azərkosmos” ASC və Sosial İnnovation Lab innovasiya mərkəzi tərəfindən həyata keçirilən “NewSpace” Biznes Akselerator Proqramının Final mərhələsi keçirildi.

2018-ci ilin oktyabr ayında elan edilən proqramın əsas məqsədi, kosmik xidmətlər və yaxın sahələrdə innovativ startap layihə və məhsullarının aşkar edilməsi, onların inkişafı və bazara çıxışının asanlaşdırılmasına dəstək verilməsidir.

5 ölkədən ümumilikdə 40 müraciət edilib və onların içərisindən 10 startap layihəsi proqrama qəbul olunub.

Bu gün keçirilən Final mərhələsində isə sözügedən startaplar Jüri qarşısına çıxdılar. Seçilən 3 qalib startap “Azərkosmos” tərəfindən mükafatlandırıldı. Birinci yerə: 10.000, ikinci yerə: 5.000 manat; və üçüncü yerə isə 3.000 manat məbləğində mükafat verildi.

Qalib startaplar həmçinin “Azərkosmos” ilə birlikdə beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak edərək öz məhsullarını xarici bazara təqdim etmək imkanı əldə ədəcəklər.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər