AQTA sədri: ”Qida təhlükəsizliyi sahəsində məsuliyyət sahibkarın üzərinə düşür

AQTA sədri: ”Qida təhlükəsizliyi sahəsində məsuliyyət sahibkarın üzərinə düşür

“Bəzi KİV-lərdən görürəm ki, qida təhlükəsizliyi sahəsində olan pozuntuları qida sahəsinə nəzarət və tənzimləmə funksiyasını həyata keçirən  Qida Təhlükəsizliyi Agentliyindən umurlar. Mən rəsmi olaraq bəyan edirəm ki, yüz faizli məsuliyyəti sahibkar daşıyır, nəzarət və tənzimləmə sistemini isə Agentlik həyata keçirir”.

REAL-ın APA-ya istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, bu sahədə dövlət orqanından həddindən artıq çox şey umulmamalıdır: "Tam tərsinə, bu sahədə funksiyaları həyata keçirən orqanla yanaşı, istehlakçı və vətəndaş olaraq hər birimiz qida təhlükəsizliyi sahəsində nəzarətçi funkisiyasını həyata keçirməliyik ki, bütün məsələlər həllini tapsın.

Dünya qida sənayesində əsas nəzarət funksiyası ictimai nəzarətdir. Ən yaxşı qida təhlükəsizliyi nəzarətçisi vətəndaşlardır".

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə