Paytaxt məktəbində praktik təlim - VİDEO

Paytaxt məktəbində praktik təlim - VİDEO
Şagirdlərə fövqəladə hallar zamanı davranış qaydaları öyrədildi

FHN təşəbbüsü ilə paytaxtdakı 5 nömrəli tam orta məktəbdə yanğın zamanı hərəkətlər və təxliyə planına dair praktiki təlim keçirildi.

Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı şagird və müəllim heyətinə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı bilik və bacarıqları təkmilləşdirmək, eləcə də müvafiq təhlükəsizlik tədbirlərinə və hadisələrə qarşı məktəbliləri psixoloji cəhətdən hazırlamaqdan ibarətdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev iştirak etdi. O çıxışında bildirdi ki, bu tip təlimlər ilboyu bütün ümumtəhsil məktəblərində keçirilir.

Tədbirin nəzəri hissəsində yanğından, dəm qazından mühafizə, fövqəladə hal zamanı davranış qaydaları, yaralılara tibbi yardımın göstərilməsi mövzuları üzrə şagirdlər və pedaqoji heyətə ərtaflı məlumatlar verildi. 

Praktiki hissədə isə məktəblilər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nümayiş etdirilən əyani vəsaitlərlə yaxından tanış olublar. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdirdilər.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə