Xamenei Trampın mesajına cavab verməkdən imtina edib

Xamenei Trampın mesajına cavab verməkdən imtina edib

İranın ali lideri ayətullah Əli Xamenei Yaponiyanın baş naziri Sindzo Abetərəfindən ona çatdırılan ABŞ prezidenti Donald Trampın mesajına cavab verməyib.

REAL xəbər verir ki, bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, görüşün əvvəlində S.Abe Ə.Xameneiyə ABŞ prezidentinin mesajını çatdırmaq istədiyini bildirib. Bunun cavabında isə İranın ali lideri "Məndə cavab yoxdur və ABŞ prezidentinin səsləndirdiyiniz mesajına da olmayacaq. Trampı hansısa mesaj göndərməyə layiq insan hesab etmirəm" deyib. 

S.Abenin ABŞ prezidenti adından İran liderinə hansı mesajı verdiyi haqqında bilgi yoxdur.

Xatırladaq ki, Abe iyunun 12-də Tehrana səfər edib. Bu, son 41 ildə Yaponiya baş nazirinin İrana ilk səfəridir. Bundan əvvəl bəzi xarici KİV Abenin Osakada keçiriləcək G-20 sammitində Trampla Xameneinin görüşünü təşkil etməkistədiyini yazmışdı.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə