Çin şirkəti Azərbaycan gömrüyü ilə işgüzar əlaqələr qurmaq istəyir

Çin şirkəti Azərbaycan gömrüyü ilə işgüzar əlaqələr qurmaq istəyir

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Nuctech" şirkətinin vitse-prezidenti San Şanqmin ilə görüşüb.

REAL Trend-ə istinadla xəbər verir ki, görüş Bakı şəhərində, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi çərçivəsində baş tutub.

Azərbaycan gömrüyünün informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verdiyini qeyd edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər gömrük sistemində həyata keçirilən mütərəqqi islahatlar hesabına bu sahədə mühüm nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb.

Komitə sədri Azərbaycan gömrük orqanlarının tamamilə kağızsız texnologiyalar əsasında fəaliyyət göstərdiyini bildirib, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi hesabına gömrük rəsmiləşdirilməsinin sadə və sürətli şəkildə həyata keçirilməsinin, ticarətin və sərhədkeçmə proseslərinin asanlaşdırılmasının və şəffaflığın təmin olunduğunu vurğulayıb.

O da qeyd olunub ki, Azərbaycan gömrük orqanlarının informasiya texnologiyalarının tətbiqi ilə bağlı bir sıra layihələrindən dünyanın müxtəlif ölkələrinin gömrük orqanları yararlanır. Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin bu sahədə əməkdaşlığa, təcrübə mübadiləsinə xüsusi önəm verdiyini və "Nuctech" şirkəti ilə əməkdaşlığın da hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

"Nuctech" şirkətinin vitse-prezidenti San Şanqmin səmimi qəbula və ÜGT-nin konfrans və sərgisinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Qonaq informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən elm adamlarının, gömrük qurumlarının, biznes nümayəndələrinin Bakıda keçirilən görüşünün bu sahənin inkişafına töhfə verəcəyini vurğulayıb. Təmsil etdiyi qurum və onun fəaliyyət sahələri haqqında da məlumat verən San Şanqmin Azərbaycan gömrüyü ilə səmərəli və işgüzar əlaqələrin qurulmasından məmnun olacağını diqqətə çatdırıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə