Deputatlar DOST-da - VİDEO

Deputatlar DOST-da - VİDEO
Millət vəkilləri ilk DOST mərkəzi ilə tanış olurlar

Bir qrup deputat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı “DOST” mərkəzində oldular.

Mərkəzin fəaliyyəti, burada göstərilən xidmətlər, könüllülük proqramları barədə deputatlara ətraflı məlumatlar verilib.

Qeyd edilib ki, ilk “DOST” mərkəzinin fəaliyyətə başladığı gündən ötən bir ay ərzində mərkəzə 8 minədək vətəndaş müraciət edərək, burada əmək, məşğulluq, əlillik, sosial təminat, sosial sığorta və s. üzrə xidmətlərdən faydalanıb.

Göstərilən xidmətlərdən məmnunluq səviyyəsi də 100 faizə yaxındır.

İlk “DOST” mərkəzində əmək, məşğulluq, sosial təminat, əlillik sahələri üzrə 126 növdə xidmət göstərilir. 2019-2025-ci illərdə ölkədə 31 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur, bu mərkəzlər ümumən 2,8 milyon vətəndaşa sosialyönümlü xidmətlər göstərəcək.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə