Yardımlı sakinindən 6 kiloqramdan çox tiryək götürülüb

Yardımlı sakinindən 6 kiloqramdan çox tiryək götürülüb

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı əməliyyat tədbiri həyata keçiriblər.

REAL Report-a istinadla xəbər verir ki, əməliyyat nəticəsində Yardımlı şəhəri, Əsədabad küçəsi, ev 62 ünvanında yaşayan Eldar Allahverdi oğlu Miranov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 6 kiloqramdan çox narkotik vasitə olan tiryək aşkar edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, digər iştirakçılarının müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər