IV məntiq olimpiadası - VİDEO

IV məntiq olimpiadası - VİDEO
Final mərhələsində 1577 şagird iştirak etdi, 44 nəfər yüksək bal yığdı

İyunun 12-də Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə öncə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat təqdim edilib.

IV Məntiq Olimpiadasının final mərhələsində 1577 şagird iştirak edib. Onlardan 44 nəfəri 17 baldan yuxarı nəticə göstərərək olimpiadanın qalibi olub. 349 nəfər isə 12 baldan 17 baladək toplayaraq “Tərifnamə”yə layiq görülüblər.

Qeyd edək ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq,istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Olimpiadada 12 nəfər I, 15 nəfər II, 17 nəfər isə III yerin sahibi olub.

Sonda olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə