Yaponiya baş nazirinin İrana səfəri başlayıb

Yaponiya baş nazirinin İrana səfəri başlayıb

Yaponiya baş naziri Şinzo Abenin Tehrana səfəri başlayıb.

REAL-ın APA-ya istinadən məlumatına görə, Şinzo Abeni “Mehrabad” hava limanında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qarşılayıb.

Səfər zamanı Ş.Abe İran Prezidenti Həsən Ruhani və ölkənin Ali lideri Əli Xameneyi ilə görüşəcək.

Bu, son 40 ildən artıq bir müddətdə Yaponiya baş nazirinin İrana ilk səfəridir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər