“I Xəzər İqtisadi Forumu“na hazırlıq - VİDEO

“I Xəzər İqtisadi Forumu“na hazırlıq - VİDEO
Xəzəryanı ölkələrin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirildi

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin və Türkmənistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə "I Xəzər iqtisadi Forumu"na həsr olunan dəyirmi masa keçirildi.

Tədbirdə millət vəkilləri, Xəzəryanı ölkə səfirlikləri, ekspert və politoloqlar, ziyalılar və tələbələr iştirak etdilər.

Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformalarının əhəmiyyətindən danışdı.

Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşankuliyev "Birinci Xəzər İqtisadi Forumu" mövzusunda çıxış edərək Xəzəryanı ölkələr arasında dostluq münasibətlərinin, xüsusilə də iqtisadi əməkdaşlığın əhəmiyyətindən bəhs etdi. Səfir vurğuladı ki, Xəzər dənizi Asiya və Avropa arasında tranzit rolunu oynayır. Xəzər dünya enerji xəritəsində böyük əhəmiyyətə malikdir. Bu coğrafiyada mühüm beynəlxalq layihələr reallaşdırılır.

Daha sonra Türkmənistan səfirliyinin Xəzər dənizinin turizm və iqtisadi potensialına dair hazırladığı videoçarx nümayiş olundu.

Qeyd edək ki, "Birinci Xəzər İqtisadi Forumu" avqust ayının 12-də türkmənistanın “Avaza” Milli Turizm Zonasında keçiriləcək.

Xatırladaq ki, Birinci Xəzər İqtisadi Forumunun 2019-cu ildə Türkmənistanda keçirilməsi barədə Prezident Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısının yekun sənədində əks olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə