Yurçeviç hesabat verib

Yurçeviç hesabat verib
Millinin uğursuz nəticələri müzakirə olunub

Avro-2020-nin seçmə mərhələsində oynanılan Azərbaycan – Slovakiya matçından sonra AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda komandamızın son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub.

Çalışdırıcı hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq. İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına çağırılan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə