Qadağan olunan çimərliklərdə fəaliyyət göstərən iaşə obyektləri bağlana bilər - VİDEO

Qadağan olunan çimərliklərdə fəaliyyət göstərən iaşə obyektləri bağlana bilər - VİDEO
ETSN sərt cəzalar üçün aidiyyatı qurumlara müraciət edəcək

ETSN şimal və cənub çimərliklərində aparılan monitorinqlərin nəticələrini açıqlayır.

REAL xəbər verir ki, Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov, ETSN-nin sözcüsü İradə İbrahimova, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov mövzu ilə bağlı açıqlama verir və sualları cavablandırır.

"Xaçmaz rayonunun Nabran bələdiyyəsinin ərazisindəki çimərliklər istifadəyə yararsızdır. Çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə şimal və cənub bölgələrinin çimərlik ərazilərində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Analizlərin nəticələrinə gör, Xaçmaz rayonu Nabran bələdiyyə ərazisinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğu üçün çimərlik üçün yararsızdır. Lakin Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) bələdiyyələrinin çimərlik ərazilərinin dəniz suyunda bioloji çirklənmə norma daxilində olduğu üçün çimərliyə yararlı hesab olunur", - deyə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bildirib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə