Bakı Parlament Platforması - VİDEO

Bakı Parlament Platforması  - VİDEO
B.Muradova:"Silahlar bizdən çox danışır"

Dünyada münaqişələr nəticəsində insanlar əziyyət çəkirlər. Burada informasiya terroru da rol oynayır".

REAL  xəbər verir ki, bunu Azərbaycan Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.

"Silahlar bizdən daha çox danışır. Azərbaycan dialoq qurulması istiqamətində təşəbbüsləri dəstəkləyir. Qlobal təhlükəsizliyə olan təhdidlərə qarşı gücümüzü birləşdirə, bir sıra layihələrə imza ata bilərik", - B.Muradova qeyd edib.

B.Muradova Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması dialoq qurulması istiqamətində atılan addımlara töhfə verəcəyini bildirib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə