Bu il uşaqları əməyə cəlb edən 3 işəgötürən cərimələnib

Bu il uşaqları əməyə cəlb edən 3 işəgötürən cərimələnib

"Bu ilin 5 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti uşaqları əməyə cəlb edən 3 işəgötürəni cərimələyib".

REAL Report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə bildirib. 

Onun sözlərinə görə, uşaq əməyindən sui-istifadə halları ən çox avto-yuma məntəqələrində, ictimai nəqliyyatda və şadlıq evlərində rast gəlinir: "Sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması ilə əlaqədar müəssisələrə gedə bilmirik, sadəcə bizə vətəndaşlar tərəfindən daxil olan şikayət ərizələri və digər dövlət orqanlarından daxil olan materiallar əsasında araşdırma apara bilirik. Qanunvericiliyin uşaq əməyindən istifadəyə icazə verdiyi hallar var. Məcəllənin tələbi var, valideynin razılığı ilə olan məqamlar var. Yəni 15 yaşından 18 yaşına qədər olan uşaqlar valideynlərin yazılı razılığı ilə işləyə bilərlər. 

DƏMX tərəfindən il ərzində maarifləndirmə xarakterli tədbirlər də olur. Daxil olan müraciətlərin araşdırılmasında bir neçə hallarda uşaq əməyinin istismarı ilə bağlı daxil olan faktlara görə inzibati qaydada tədbirlər görülür, cəza tədbirləri aparılır. Məqsədimiz sadəcə cəza vermək deyil, o cəzaya qədər olan maarifləndirmə ilə bu cəzaların qarşısını almaqdır".

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə