Bərdədə "təcili yardımın" qadın həkimləri döyülüb

Bərdədə

Bərdə rayonunda Təcili Tibbi Yardım Stansiyasının çağırışa çıxan həkimləri və "təcili yardım" avtomobilinin sürcüsü döyülüb.

REAL Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində  baş verib.

Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlali "Report"un yerli bürosuna bildirib ki, bu gün səhər saatlarında stansiyasının həkimləri Rəfiqə Abdullayeva , Təranə Qasımova və "təcili yardım" avtomobilinin sürücüsü Zaur İbrahimov çağırış yerinə çatan kimi döyülüblər: "Ünvana çatan həkim briqadasına şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə hücum edib. Hadisə zamanı hər iki qadın həkim və sürcü xəsarət alıblar. Bundan başqa "təcili yadım" avtomobilinin şüşələri qırılaraq yarasız hala salınıb".

Hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə