1 ildə TANAP-la nəql edilən qaz - VİDEO

1 ildə TANAP-la nəql edilən qaz - VİDEO
Trans-Anadolu qaz kəməri vasitəsilə 1 ildə 1,8 mlrd. kubmetr qaz nəql edilib

2018-ci ilin bu günü Trans-Anadolu qaz kəməri istifadəyə verildi.

Artıq 1 il ərzində sözügedən kəmər vasitəsilə 1,8 mlrd. kubmetr qaz nəql edilib. 2021-ci ildə isə TANAP-la Türkiyəyə 6 mlrd. kubmetr qazın nəql edilməsi planlaşdırılır.

Bəli bu o layihədir ki, təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq və bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək.

5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatdı.

Açılışı Türkiyənin Əskişəhər şəhərində baş tutan Trans-Anadolu Boru Qaz Kəmərinin istifadəyə verilməsi mərhələsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Bolqarıstanın Baş naziri Boyko Borisov, BP şirkətinin baş icraçı direktoru Robert Dadli də iştirak edib. 

Qeyd edək ki, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq.

Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə