SOCAR: Azərbaycanın ən böyük neft-qaz ehtiyatları iki yatağın payına düşür

SOCAR: Azərbaycanın ən böyük neft-qaz ehtiyatları iki yatağın payına düşür

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz”, “Əşrəfi”, “Qarabağ”, “Ümid” və “Abşeron” yataqların ilkin çıxarıla bilən neft və kondensat ehtiyatları 1 458 mln. ton həcmində qiymətləndirilir.

REAL xəbər verir ki, SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, göstərilən rəqəmin 1 340 mln. tonu AÇG-nin (1 100 mln. ton) və “Şahdəniz” (240 mln. ton) yatağının payına düşür.

Bundan əlavə, sözügedən 6 yataqdan ilkin çıxarıla bilən qaz ehtiyatları 2 440 mlrd. kubmetr təşkil edir ki, bunun da 1 850 mlrd. kubmetri AÇG (650 mlrd. kubmetr) və “Şahdəniz” (1 200 mlrd. kubmetr) yataqlarında yerləşir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə