Çempionlar vətənə qayıdıb - VİDEO

Çempionlar vətənə qayıdıb - VİDEO
Güləşçilərimiz komanda hesabında üçüncü olub

Avropa çempionatında uğurla çıxış etmiş gənc sərbəst güləşçilərimiz vətənə qayıdıb.

Bahadırlarımız üçün Heydər Əliyev Beynəlxalq aeroportunda təntənəli qarşılanma mərasimi təşkil olunub.

Komandamızın böyük məşqçisi Rövşən Hacıyev yetirmələrinin çıxışından razıdır. Bununla belə bəzi çatışmazlıqların aradan qaldırılmasına ehtiyac var. 

Qitə miqyaslı yarışda fəxri kürsünün birinci pilləsinə qalxmış Turan Bayramovun növbəti hədəfi dünya çempionatında mükafat qazanmaqdır. Olimpiya çempionu Toğrul Əsgərovla eyni çəki dərəcəsində olması isə məsuliyyəti birə iki artırır. 

Qeyd edək ki, sərbəst güləş yığmamız Avropa çempionatını 3-cü yerdə başa vurub.

115 xal toplayan millimizi ikinci yerdəki Moldovadan cəmi 1 xal ayırıb. Rusiya isə 205 xalla komanda hesabında Avropa çempionu olub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə