Azərbaycan yığmasının Minsk-2019-a yollanma vaxtı açıqlanıb

Azərbaycan yığmasının Minsk-2019-a yollanma vaxtı açıqlanıb

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan millisinin yolasalma mərasiminin vaxtı açıqlanıb.

REAL-ın APA-ya istinadən məlumatına görə, Minsk-2019-da 80 idmançı ilə qatılacaq komandamızın birinci hissəsi iyunun 18-də səfərə yollanacaq.

Saat 04:35-də Belarusa gedəcək ilkin heyətə cüdo, boks və atıcılıq üzrə yığmalarımız daxildir. Qadın güləşçilərdən ibarət komandanın Minskdə təlim-məşq toplanışında olduğunu nəzərə alsaq, digər idmançılarımız həmin növ üzrə yarışların keçiriləcəyi ərəfədə Avropa Oyunlarına yollanacaq.

Qeyd edək ki, iyunun 21-də start götürəcək Minsk-2019 10 gün davam edəcək. 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə