1978 nəfərlə əmək müqaviləsi bağlanıb - VİDEO

1978 nəfərlə əmək müqaviləsi bağlanıb - VİDEO
Ötən ay bir sıra iaşə obyektlərində operativ nəzarət tədbiri aparılıb

Bu ilin may ayı ərzində 32 şadlıq evində və 61 istixanada 1770 fiziki şəxsin əmək müqaviləsiz işə cəlb olunduğu faktı aşkarlanıb.

Aşkar edilmiş faktlar üzrə birinci dəfə pozuntu halına yol verildiyi üçün maliyyə sanksiyası əvəzinə vergiödəyicilərinə xəbərdarlıq edilib.

Vergilər Nazirliyinin departament idarəsi rəisi Zaur Quliyevin sözlərinə görə, yoxlamalar paytaxtda və müxtəlif regionlarda yerləşən bir sıra ictimai iaşə obyektində və istixanalarda əmək müqavilələrinin bağlanması və əmək münasibətlərinin müvafiq qaydada rəsmiləşdirilməsinə nəzarət məqsədilə həyata keçirilib. 

Zaur Quliyev həmçinin cari ildən qüvvəyə minmiş vergi qanunvericiliyindəki dəyişikliklərin qeyri-dövlət sektorunda əmək münasibətlərinin tənzimlənməsi sahəsində əlverişli iqtisadi şərait formalaşdırdığını vurğulayıb.

O bildirib ki, mövcud şərtlər altında əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müəyyən şəffaflaşma prosesi getməkdədir. Belə ki, bu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub. Bu artımın əksəriyyəti, 66 mini qeyri-dövlət sektorunun payına düşür.

Bundan başqa, vergi nəzarəti tədbirlərinin keçirildiyi may ayı ərzində şadlıq evləri tərəfindən könüllü olaraq 1111 nəfərlə, istixanalar üzrə 867 nəfərlə əmək müqaviləsi bağlanılaraq elektron informasiya sistemində qeydiyyata alınması təmin edilib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə