Gənc idman gimnastımız Belçikada debüt edib

 Gənc idman gimnastımız Belçikada debüt edib

Belçikanın Gent şəhərində qadın idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.

REAL Azərtac-a istinadla xəbər verir ki, turnirdə milli komandamızın gənc üzvü Milana Minakovskaya çıxış edib.

Gimnastımız iştirak etdiyi ilk beynəlxalq turnirində 4 alətdə öz proqramını nümayiş etdirib. Bütün çıxışlarının nəticəsinə əsasən, ümumilikdə 43,932 xal toplayan gimnastımız 69 təmsilçi arasında 44-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, M.Minakovskaya bu il Macarıstanın Gyor şəhərində baş tutacaq gənclər arasında ilk dünya çempionatında, həmçinin Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi təmsil edəcək.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə