Bu il Qəbələdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanacaq

Bu il Qəbələdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanacaq

Bu ilin ikinci yarısında Qəbələ rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanması planlaşdırılır.

REAL Report-a istinadla xəbər verir ki, 70 çarpayılıq nəzərdə tutulan reabilitasiya müəssisəsində həmin bölgədə yaşayan sağlamlıq imkanları məhdud uşaqlara stasionar və ambulator şəkildə bərpa xidmətləri göstəriləcək. Müəssisədə sağlamlıq imkanları məhdud uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb ediləcəklər.

Bölgələrdə yeni uşaq reabilitasiya müəssisələrinin yaradılması regionlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya imkanlarının artırılmasında, onlar arasında sağlamlıq imkanları məhdudluğun qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə