ASAN ödəniş-ə bir sıra rüsum ödənişləri əlavə olunacaq

ASAN ödəniş-ə bir sıra rüsum ödənişləri əlavə olunacaq

Yaxın gələcəkdə “ASAN ödəniş” sisteminə təhsil müəssisələri və dövlət orqanları tərəfindən göstərilən bir sıra rüsum ödənişləri əlavə olunacaq.

REAL APA-ya istinadla xəbər verir ki, hazırda sistemdə inzibati cərimə ödənişləri mövcuddur və onlar bütün dövlət strukturlarını əhatə edir.

“Lakin rüsum ödənişləri hələ ki bütün dövlət strukturlarını əhatə etmir. Biz bu xidmətlərin elektronlaşdırılması istiqamətində işlər aparırıq və tətbiq edirik. Əlbəttə, qurumların da texnoloji imkanlarının olması vacibdir. Əgər onların belə imkanları yoxdursa, bizim onlara şərait yaratmağımız üçün müəyyən zaman və resurs tələb olunur ki, biz bu istiqamətdə hazırda işlər aparırıq”, - deyə Mərkəzdən qeyd ediblər.

Mərkəzdən həmçinin əlavə ediblər ki, hazırda “ASAN ödəniş” sisteminə 221 dövlət orqanını inteqrasiya olunub və bu sistem 540-dan artıq xidməti özündə ehtiva edir. Bundan başqa ölkə üzrə hazırda 10 mindən artıq “ASAN ödəniş” terminalı fəaliyyət göstərir. Terminallar hava limanlarında, “ASAN xidmət” mərkəzlərində, ölkə sərhədləri boyunca və ictimai yerlərdə qurulub. “ASAN ödəniş” sistemi ölkədə fəaliyyət göstərən digər ödəniş portallarının, mobil əlavələrin, bankların və “Azərpoçt” poçt operatorun sistemləri ilə də inteqrasiya olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə