Nazirlik: 11 mindən artıq müəllim yerdəyişmə üçün müraciət edib

Nazirlik: 11 mindən artıq müəllim yerdəyişmə üçün müraciət edib

Bu gün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatır. 

REAL Report-a istinadla xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishmelinkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak etmək üçün indiyədək 11 238 namizəd elektron qeydiyyatdan keçib, 4622 namizəd elektron ərizəsini təsdiqləyib, 96 namizədin müraciətinə isə imtina verilib.

Qeyd olunan tarixədək ərizəsini təsdiqləmiş namizədlər elektron yerləşdirmədə iştirak edə biləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə