Milli Kitabxanada Məmməd Arif-115 adlı kitab sərgisi açılıb

Milli Kitabxanada Məmməd Arif-115 adlı kitab sərgisi açılıb

İyun ayının 9-da Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas, tənqidçi, pedaqoq, nasir, tərcüməçi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, akademik Məmməd Arif Məhərrəm oğlu Dadaşzadənin anadan olmasının 115 illiyi münasibətilə “Məmməd Arif-115” adlı kitab sərgisi açılıb.

REAL ONA-ya istinadla xəbər verir ki, sərgidə akademikin Azərbaycan dilində və əcnəbi ölkələrin dillərində nəşr olunmuş əsərləri, redaktoru olduğu, ön söz yazdığı, tərcümə etdiyi kitablar və akademik haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə