“Bəstəkarlarla görüş” layihəsi çərçivəsində növbəti tədbir

“Bəstəkarlarla görüş” layihəsi çərçivəsində növbəti tədbir

Qara Qarayevin ev-muzeyində “Bəstəkarlarla görüş” layihəsi çərçivəsində növbəti görüş Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi olan, görkəmli bəstəkar, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşov və “Azər Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsi”nin qalibləri ilə keçirilib.

REAL Azərtac-a istinadla xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Muzeyin şöbə müdiri Xanım Abdinova Azər Dadaşovun yaradıcılığı, Azərbaycan musiqisində, incəsənətində xidmətləri haqqında məlumat verib. Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova “Azər Dadaşov adına Pianoçuların Beynəlxalq Müsabiqəsi”nin yaranma tarixi və işi haqqında çıxış edib. Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının və məktəb studiyasının müəllimi Nuranə Zeynalova Azər Dadaşovun yaradıcılığında fortepiano musiqisi haqqında çıxış edib.

Bütün çıxışlar bəstəkarın həyat və yaradıcılıq yolunu işıqlandıran slayd-şou ilə müşayiət olunub.

Tədbirin bədii hissəsində “Azər Dadaşov adına pianoçuların IV Beynəlxalq müsabiqəsi” qaliblərinin ifalarında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə