Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bölgələrə yağış, dolu yağacaq

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bölgələrə yağış, dolu yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən REAL-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 3-də hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-

36° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti təşkil edəcək.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə