“Çelsi“ Avropa Liqasının finalı üçün Bakıya yola düşüb

“Çelsi“ Avropa Liqasının finalı üçün Bakıya yola düşüb

İngiltərənin "Çelsi" komandası UEFA Avropa Liqasının final oyunu üçün Bakıya yola düşüb. 

REAL "Report"a istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb. 

"Zadəganlar"ın heyətində zədə səbəbindən finalda oynamayacağı dəqiqləşən Antonio Rüdiger də kollektivlə səfərə çıxan oyunçular arasındadır. 

Digər finalçı "Arsenal" isə mayın 25-də Bakıya gəlib. 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər xəbərlər
Bu gün
Dünən