Arena finala 3 saat qalmış açılacaq - VİDEO

Arena finala 3 saat qalmış açılacaq - VİDEO
UEFA “Arsenal”a “yox” dedi

Avropa Liqasının final matçının keçiriləcəyi Bakı Olimpiya stadionuna giriş məhdudlaşdırılıb.

Qaydalara əsasən UEFA həlledici oyuna 3 gün qalmış arenaya girişə icazə vermir. Sabah finalçı komandaların mətbuat üçün açıq məşqi və mətbuat konfransı keçiriləcək.

Təhlükəsizlik qaydalarına uyğun olaraq Çelsi və Arsenal azarkeşləri arenaya müxtəlif istiqamətlərdən daxil olacaq. Stadionun şimal girişindən bir, cənub girişindən isə digər komandanın fanatları qəbul ediləcək.

Bu bölgü adı çəkilən klubların azarkeşlərinə ayrılmış biletlərə uyğun aparılacaq. İstisna olunmur ki, sayı 20 minə qədər olan digər ölkələrin fanatları da Lindon təmsilçilərinin qatı azarkeşləridir.

Belə olan halda stüartlar və beynəlxalq yarışlarda böyük təcrübə qazanmış 1350-də çox könüllü nabələd azarkeşlərə yardımçı olacaq. Azarkeşlərin hava limanından stadiona rahat gəlməsi və qayıtması üçün 40-dan artıq avtobus ayrılıb. Hava limanı ilə stadion arasındakı məsafənin yaxın olduğunu nəzərə alsaq fanatların arenaya gəlişində gecikmə olmayacaq.

Bakı olimpiya stadionunun qapıları matça 3 saat qalmış açılacaq. Ona görə də yerli azarkeşlərdən matça erkən gəlmələri məsləhət görülür.

Yeri gəlmişkən Arsenal futbolçuları isinmə hərəkətləri zamanı stadiona üzərində “Mxtiaryan” yazılan geyimdə çıxmaq istəyiblər.

Lakin UEFA buna qarşı çıxıb və bildirilib ki, bu kimi təxribat xarakterli davranışlar qaydalara ziddir.

Arsenal-Çelsi görüşü 29 may tarixində saat 23-də başlayacaq.

Digər xəbərlər
Bu gün
Dünən