Rusiyalı şərhçi: Avropa Liqasının finalından sonra çoxları Azərbaycanı kəşf edəcək

Rusiyalı şərhçi: Avropa Liqasının finalından sonra çoxları Azərbaycanı kəşf edəcək

"Əminəm ki, Bakıda keçiriləcək Avropa Liqasının finalı yaxşı keçəcək".

REAL "Report"a istinadla xəbər verir ki, "İdman insanları birləşdirir, o, siyasətdən kənardır. İnsanlar bir-biri ilə ünsiyyət qururlar, özləri üçün yeni ölkələr kəşf edirlər. Çox güman ki, Avropa Liqasından sonra da kimlərsə Azərbaycanı kəşf edəcək", - deyə E.Kərimov bildirib.

Şərhçi Azərbaycanın uzun illərdir müxtəlif idman növləri üzrə ciddi yarışlar təşkil etdiyini qeyd edib: "Bakı ilk Avropa Oyunlarının təşkilatçısı olub. Azərbaycan çoxdan belə tədbirlərə hazır olduğunu sübut edib. Ölkə rəhbərliyi bu istiqamətdə uzun illərdir işləyir, ölkənin nüfuzunu artırır, bütün idman növləri, o cümlədən futbol inkişaf edir. Azərbaycanın Avropa Liqasının finalına ev sahibliyi etməsi çox yaxşıdır".

O, matça gələ bilməyəcəyini təəssüflə qeyd edib və oyuna məmnuniyyətlə baxacağını bildirib.

Görüş zamanı oyunçuların və azarkeşlərin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunması məsələsini şərh edən şərhçi bildirib ki, oyun hamıya hər şeyi göstərəcək.

"Düşünürəm ki, hər şey qaydasında olacaq. Burada qeyd etmək lazımdır ki, Azərbaycan təkcə idman tədbirləri deyil, həmçinin "Eurovision" finalı kimi mədəniyyət tədbirləri də keçirir. Bütün lazımi təhlükəsizlik tədbirləri təmin ediləcək, məncə, bu istiqamətdə çox iş görülüb. Bu, əlbəttə ki, ciddi və çətin vəzifədir. Amma ortada ölkənin nüfuzu var. Buna görə bu məsələdə heç bir sual ola bilməz. Tərəfdarların təhlükəsizliyinə gəlincə, Bakı turistlər üçün əla şəhərdir. Orada azı bir dəfə olan hər kəs Bakının gözəl atmosferli şəhər olduğunu anlayır. Orada çox qonaqpərvər insanlar yaşayır", - E.Kərimov söyləyib.

"Arsenal" və "Çelsi" azarkeşləri ilə bağlı məsələ və onlara məhdud sayda bilet veriləcəyi, açığı, məni təəccübləndirdi. Axı finalın keçiriləcəyi şəhər seçilərkən nə üçün UEFA bu məsələləri əvvəlcədən müzakirə etməyib? Şübhəsiz ki, bu, UEFA-nın qüsurudur. Niyə bütün bunlar əvvəlcədən müzakirə olunmayıb?", - E.Kərimov bildirib.

Xatırladaq ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər xəbərlər
Bu gün
Dünən