Hidayətin çin olan arzusu - VİDEO

Hidayətin çin olan arzusu - VİDEO
Cüdoçumuz Çin qran-prisinin qalibi olub

Azərbaycan cüdoçusu Hidayət Heydərov Çində keçirilən Qran-prinin qalibi olub. 

73 kq çəki dərəcəsində mübarizə aparan 22 yaşlı idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, Yunanıstan, Rusiya, Kanada və İsveç təmsilçilərinin ardından həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Moldova əsilli cüdoçusu Viktor Skvortsovla qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn Heydərov Bakıda keçirilmiş Böyük Dəbilqədən iki həftə sonra daha bir nüfuzlu yarışın baş mükafatını qazanıb. 

Qeyd edək ki, Çində 43 ölkədən 298 cüdoçu mübarizə aparır. Azərbaycan beynəlxalq turnirdə 6 tatami ustası ilə təmsil olunur.

Hidayətin çin olan arzusu от REAL TV на Rutube

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə