Bakıdan Qaxa qonaq gedən qadın qohumu tərəfindən bıçaqlanıb

Bakıdan Qaxa qonaq gedən qadın qohumu tərəfindən bıçaqlanıb

Bakıdan Qax rayonuna qonaq gələn 49 yaşlı qadın elə qohumu tərəfindən bıçaqlanıb.

REAL ONA-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax şəhərində baş verib. 

Əslən Qax rayonundan olan, hazırda Bakı şəhərində yaşayan, 1970-ci il təvəllüdlü Zöhrə Rəcəb qızı Əhmədzadə Qax şəhərində yaşayan bacısı qızıgilə qonaq gəlib.

Z.Əhmədzadə qonaq olduğu evdə baş verən ailə münaqişəsi zamanı bacısı qızının əri tərəfindən bıçaqlanıb. Bıçaq xəsarətləri alan Z.Əhmədzadə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssəsindən ONA-ya bildirilib ki, Z.Əhmədzadəyə hər iki kürəyin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti dioqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə