Şəkidə güclü külək iri gövdəli ağacı evin üzərinə aşırıb

Şəkidə güclü külək iri gövdəli ağacı evin üzərinə aşırıb

Şəkidə güclü külək ağacı aşırıb.

REAL ONA-ya istinadla xəbər verir ki, hadisə rayonun M.Ə.Rəsulzadə küçəsi, ev 333B ünvanında qeydə alınıb. İri gövdəli ağac hasarı və yaşayış evinin bir hissəsini dağıdıb.

Şəki rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə icra nümayəndəsi Rasim Həsənov ONA-ya bildirib ki, hadisə zamanı evdə adam olmayıb: "Hadisə nəticəsində evin qaz xəttinə, elektrik xəttinə ziyan dəyib. Hazırda Şəki şəhərində ağac aşması ilə bağlı 6-7 müraciət daxil olub, ciddi fakt olmayıb. Kəndlərdən də güclü küləyin fəsadları, ağac aşması ilə bağlı məlumatlar daxil olur".

R.Həsənov bildirib ki, hazırda "Azəriqaz" və "Azərişıq"ın nümayəndələri ərazidədirlər və hadisənin fəsadları aradan qaldırılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə