Güclü külək Qusarda məktəbin və evlərin damını uçurub

Güclü külək Qusarda məktəbin və evlərin damını uçurub

Güclü külək Qusarda fəsadlar törədib.

REAL ONA-ya istinadla xəbər verir ki, bu gün axşam saatlarında əsən güclü külək Qusar şəhər 2 saylı məktəbin dam örtüyünü uçurub. 

Külək rayonun bəzi kəndlərində yaşayış evlərinin damlarını da ziyan vurub. Ağacların yollara aşması nəticəsində bəzi istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşıb.

Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib, elektrik enerjisinin verilişi dayandırılıb. 

Dəyən ziyanın aradan qaldırılması və vurduğu ziyanın hesablanması istiqamətində işlər davam etdirilir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə