Səfər Mehdiyev "Mazımçay" gömrük postunda olub

Səfər Mehdiyev

Mayın 25-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub.

REAL ONA-ya istinadla xəbər verir ki, Səfər Mehdiyev Gürcüstanla dövlət sərhədində yerləşən "Mazımçay" gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə Komitə sədrinə məlumat verilib.

Səfər Mehdiyev dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə reallaşdırılmasına dair tapşırıq və tövsiyələrini verib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə