Sözü yaşadan şair - VİDEO

Sözü yaşadan şair  - VİDEO
Ramiz Rövşənə fəxri ad verildi

Ramiz Rövşən. Hər zaman sevildi. Hər zaman fəqləndi. Sözü yaşatdı, Özü də sözlə yaşadı. Söz ustadı haqda çöx sözlər danışmaq olar. O kimdir?

Ədəbiyyata öz möhürünü vurmuş şairdi Ramiz Rövşən. Milyonların sevdiyi şairdi Raniz Rövşən.

Şerlərini oxuyanda dünyanın əsrarəngiz sehrinə dalmasan olmur. Nədir bunun sirri?

Ramiz Rövşən qələminin gücündədir bunun sirri. Ramiz Rövşən sözünün ölməzliyindədir bunun sirri.

O, mifik dünya ilə real dünyanın sərhədlərini darmadağın etmiş, ədəbiyyatın əbədi mövzularına yeni yön aşılamağa müvəffəq olmuş bir şairdir.

Ramiz Rövşənin şeirlərində Tanrı üz tutulası ən son ünvandır: "Kimdi o göydən şığıyan?!Dünya dolub işığıynan.

Bəlkə də, göy qurşağıynan.Düşüb Allah özü gəlir". Göy üzü müqəddəsdir. Çünki bəşəri təfəkkürə görə göy gözəgörünməz Allahın məkanıdır.

Göy üzünə daş atmazlar, salavat çevirərlər! 

Durub göy üzünə daş atan oğlan,
Göy üzü daş saxlamaz...
Onun sevgi mövzusunda yazdığı şeirlərində sevgi etirafının ən gözəl təqdimini də görürük. 
Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.
Hər kəsin sevdiyi şair xalqın şairi, xalq şairi Ramiz Rövşən haqda deyilən ən gözəl bir fikir isə Telejurnalist Mirşahin Ağayev bu fikridir. ”O, sadəcə olaraq Azərbaycan poeziyasının ən Ramiz Rövşən şairidi”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə