REAL TV-nin auditoriyası genişlənir - VIDEO

REAL TV-nin auditoriyası genişlənir - VIDEO
Yaxın günlərdə yeni layihələr REAL TV-də

Gözlənilməz nəticə və ya 15 gündə Azərbaycan tamaşaçısının 60 faizinin rəğbətini qazanmaq. Bəli, bu göstəricilər Real tv-yə aiddir. İxtisaslaşmış xəbər kanalı may ayının 10-dan ümumrespublika yayımına çıxdı və hazırda Azərbaycanın xəbər bankı rolunda çıxış etməklə auditoriyasını genişləndirə bildi. Dünya reallığını 24 saat yayımı ilə tamaşzaçıya çatdıran Real tv -nin gündəlik xəbər istehsalının 40 -ni dünyada və Azərbaycanda baş verən ictimai-siyasi, 15 faizini iqtisadi, 15 faizini sosial, 10-ni hərbi,10-ni idman, 10 -ni isə mədəniyyət və texnoloji yeniliklərlə bağlı xəbərlər təşkil edir. Kanalın xəbər mənzərəsini həmçinin aktual məsələrin təhlili və müzakirələr tamamlayır. Bununla da hər bir tamaşaçı xəbər anbarı funksiyasını daşıyan xəbər kanalından istənilən informasiyanı hər saat tam və müfəssəl əldə edə bilir.

İnformasiya mühitində operativliyi əsas götürən Real tv-nin xəbər menyusunda sənədli filmlər, xüsusi tədqiqatlar da önəmli yer tutur.Bu isə tamaşaçının daha dolğun informasiya əldə etməsinə və hadisələrə fərqli yanaşma sərgiləməsinə dəstək olur. 

Efir modeli olaraq dünyanın nüfuzlu CNN, BBC, Euronews kimi xəbər kanallarının təcrübəsindən bəhrələnən Real təhlil və informasiya mərkəzi həm də beyin mərkəzləri ilə sıx əməkdaşlığa üstünlük verir. Hazırda kanal gələcək fəaliyyətini yeni yaradılan Sosial Tədqiqat Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə uzlaşdırmağa hədəfləyib və əsas məqsəd regionda lider dövlətə çevrilən Azərbaycanın informasiya məkanının lokomotivi olma iddiasındadır.

REAL TV-ni yalnız peyk və kabel şəbəkələrində deyil, həm də adi televizor antennaları vasitəsilə izləmək mümkündür. 

Eyni zamanda kanalı realtv.az saytı və youtube kanalı vasitəsi ilə də izləmək olar. Xatırladaq ki,REAL TV MTRŞ-nın ötən il martın 5-də keçirilən iclasının qərarına əsasən, “REAL Təhlil İnformasiya Mərkəzi” MMC-yə verdiyi ixtisaslaşmış xəbər kanalı kimi peyk yayımı üçün müddətsiz lisenziya ilə fəaliyyətə başlayıb. 
MTRŞ ixtisaslaşmış ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqədə müvafiq qanunvericiliyi rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “REAL Təhlil İnformasiya Mərkəzi” MMC-yə aprelin 23-də ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
Beləliklə yeni televiziya sezonunda yeni verilişlər və yeni simalarla Real TV real həyatın nəbzinə çevriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə