Ermənilər Mxitaryana qarşı çıxır - VİDEO

Ermənilər Mxitaryana qarşı çıxır - VİDEO
İstifadəyə yararlı Henrik

İngiltərənin Arsenal klubunun erməni futbolçusu Henrik Mxitaryanın final matçında iştirak etmək üçün Bakıya gəlməməsi, Ermənistan idman ictimaiyyətinin aparıcı üzvləri tərəfindən mənfi qiymətləndirilir.

Məsələn Ermənistan boks federasiyasının mətbuat katibi Ervand Akopyan Mxitaryanın qərarına belə münsaibət bildirib.

Henrik bu qərarı özü verib. Azərbaycan tərəfi ona təhlükəsizliklə bağlı tam zəmanət verib. Hətta erməni şərhçilərdən biri Mxitaryanı qorxaq adlandırıb.

Erməni güləşçilər 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatına və 2015-ci ildə baş tutmuş ilk Avropa oyunlarına yollanıb. Sitatın sonu. 

Vaxtilə Ermənistan dövlət İdman Universitetində Mxitaryanın müəllimi olmuş və onu şəxsən tanıyan Araks Marutyan da tələbəsinin yanlış qərar verdiyini açıqlayıb.

İdmanı bilən bir şəxs kimi deyə bilərəm ki, Mxitaryan bu vaxta kimi Azərbaycana yollanmış boksçu yaxud güləçilərdən artıq deyil.

Əgər henrik oyuna yollansaydı məşhur futbolçu olduğu üçün daha yaxşı mühafizə olunardı. 

Həmyerlilərinin fikrini Ermənistan Xarici İşlər nazirliyinin mətbuat katibi Anna Naqdalyan da təsdiqləyib.

Azərbaycan tərəfi təhlükəsizliklə bağlı tam təminat verib.

Ona görə də nazirlik olaraq Mxitaryanın Bakıya yollanmasına etiraz etmirik. 

Bəzi ermənilər isə Mxitaryanın bakıya səfərini məkrli planlarının bir hissəsi kimi qəbul edirlər.

Erməni fantaziyasına görə Henrikin Bakıda meydana çıxması yerli azarkeşlərin irqçi şüarlar səsləndirməsi ilə nəticələnə bilərdi.

Yəni ermənilər Henrikdən təkcə futbolçu kimi yox, həm də birdəfəlik istifadə olunan məhsul kimi yararlanmağa çalışır.

Əlqərəz Henrik oyunda iştirak etməyəcək. Böyük finalın əfsanəvi qonaqları isə artıq Bakıdadır.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə